AyeAxtar.com - Məaric surəsi
Məaric surəsi
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
-
Sual verən bir nəfər baş verəcək əzab haqqında soruşdu.
(Məaric surəsi, 1)
📋
-
O əzab inkar edənlər üçündür və heç kəs onu dəf edə bilməz!
(Məaric surəsi, 2)
📋
-
O, (mələklərin) yüksəlmə yerlərinin (göylərin) sahibi olan Allah tərəfindəndir.
(Məaric surəsi, 3)
📋
-
Mələklər və Ruh müddəti (dünya hesabı ilə) əlli min il olan bir gündə Onun yanına yüksələrlər.
(Məaric surəsi, 4)
📋
-
Ona görə də sən gözəl bir şəkildə səbir et!
(Məaric surəsi, 5)
📋
-
Onlar onun (əzabın) uzaq olduğunu düşünürlər.
(Məaric surəsi, 6)
📋
-
Biz isə onun yaxın olduğunu görürük.
(Məaric surəsi, 7)
📋
-
O gün göy əridilmiş metal kimi olacaq.
(Məaric surəsi, 8)
📋
-
Dağlar da didilmiş rəngarəng yun kimi olacaq.
(Məaric surəsi, 9)
📋
-
Heç bir dost öz dostunun halını soruşmayacaq.
(Məaric surəsi, 10)
📋
-
Onlar bir-birinə göstəriləcəklər. Günahkar o günün əzabından xilas olmaq üçün fəda etmək istəyəcək: Övladlarını,
(Məaric surəsi, 11)
📋
-
Həyat yoldaşını, bacı-qardaşını,
(Məaric surəsi, 12)
📋
-
Onu qoruyub sığınacaq verən əşirətini,
(Məaric surəsi, 13)
📋
-
Və yer üzündəkilərin hamısını – təki özünü (əzabdan) xilas etsin.
(Məaric surəsi, 14)
📋
-
Əsla! Həqiqətən, o (cəhənnəm) alovlu bir oddur.
(Məaric surəsi, 15)
📋
-
(O alov) başın dərisini sıyırıb çıxardar.
(Məaric surəsi, 16)
📋
-
O, haqqa arxa çevirəni və ondan üz döndərəni çağırar.
(Məaric surəsi, 17)
📋
-
Mal-mülk yığıb saxlayanı da.
(Məaric surəsi, 18)
📋
-
Şübhəsiz ki, insan tamahkar və hövsələsiz yaradılmışdır.
(Məaric surəsi, 19)
📋
-
Ona bir zərər dəydiyi zaman fəryad edər.
(Məaric surəsi, 20)
📋
-
Ona bir xeyir dəydiyi zaman isə xəsisləşər.
(Məaric surəsi, 21)
📋
-
Ancaq namaz qılanlar bundan istisnadır.
(Məaric surəsi, 22)
📋
-
O kəslər ki, namazlarını daim qılarlar.
(Məaric surəsi, 23)
📋
-
O kəslər ki, mallarında müəyyən bir haqq (zəkat və sədəqə payı) vardır -
(Məaric surəsi, 24)
📋
-
Dilənən və (utandığı üçün istəyə bilməyib) məhrum qalanlar üçün.
(Məaric surəsi, 25)
📋
-
O kəslər ki, haqq-hesab gününü təsdiq edərlər.
(Məaric surəsi, 26)
📋
-
O kəslər ki, Rəbbinin əzabından qorxarlar.
(Məaric surəsi, 27)
📋
-
Çünki heç kəs Rəbbinin əzabından əminlikdə deyil.
(Məaric surəsi, 28)
📋
-
O kəslər ki, iffətlərini qoruyarlar.
(Məaric surəsi, 29)
📋
-
Ancaq həyat yoldaşı və ya cariyələri bundan istisnadır. Çünki onlar (buna görə) qınanmazlar.
(Məaric surəsi, 30)
📋
-
Bundan artığını istəyənlər həddi aşanlardır.
(Məaric surəsi, 31)
📋
-
O kəslər ki, əmanətə və verdikləri sözə riayət edərlər.
(Məaric surəsi, 32)
📋
-
O kəslər ki, şahidliklərində dürüstdürlər.
(Məaric surəsi, 33)
📋
-
O kəslər ki, namazlarını daim qılarlar.
(Məaric surəsi, 34)
📋
-
Məhz onlara cənnətlərdə ikram ediləcəkdir.
(Məaric surəsi, 35)
📋
-
(Ey elçi!) inkar edənlərə nə olub ki, sənə tərəf qaçırlar?!
(Məaric surəsi, 36)
📋
-
Sağdan və soldan dəstə-dəstə (gəlirlər)?!
(Məaric surəsi, 37)
📋
-
Onların hər biri Nəim cənnətinə girəcəyinimi ümid edir?!
(Məaric surəsi, 38)
📋
-
Xeyr! Biz onları bildikləri şeydən yaratmışıq.
(Məaric surəsi, 39)
📋
-
Şərqlərin və qərblərin Rəbbinə and olsun ki, Biz qadirik -
(Məaric surəsi, 40)
📋
-
Onların əvəzinə onlardan daha yaxşılarını gətirməyə! Heç kəs Bizə mane ola bilməz!
(Məaric surəsi, 41)
📋
-
Ona görə də qoy onlar vəd olunduqları günə qovuşana qədər (öz işlərinə) dalıb əylənsinlər.
(Məaric surəsi, 42)
📋
-
O gün onlar sanki bütlərə tərəf qaçırmışlar kimi sürətlə çıxacaqlar.
(Məaric surəsi, 43)
📋
-
Onlar gözləri yerə zillənmiş, özlərini də zillət bürümüş bir halda olacaqlar. Onlara vəd olunan gün budur!
(Məaric surəsi, 44)
📋