AyeAxtar.com - İnfitar surəsi
İnfitar surəsi
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
-
Göy yarılacağı zaman,
(İnfitar surəsi, 1)
📋
-
Ulduzlar saçılacağı zaman,
(İnfitar surəsi, 2)
📋
-
Dənizlər daşıb bir-birinə qarışacağı zaman,
(İnfitar surəsi, 3)
📋
-
Qəbirlər çevriləcəyi zaman,
(İnfitar surəsi, 4)
📋
-
Hər kəs nə etdiyini və nəyi təxirə saldığını biləcəkdir.
(İnfitar surəsi, 5)
📋
-
Ey insan! Kərəm sahibi olan Rəbbinə qarşı səni aldadan nədir?
(İnfitar surəsi, 6)
📋
-
O (Rəbbin) ki, səni yaratdı, sənə düzgün bir surət verdi və səni (bədən üzvlərini) nizama saldı.
(İnfitar surəsi, 7)
📋
-
Səni istədiyi şəkildə yaratdı.
(İnfitar surəsi, 8)
📋
-
Xeyr! Əksinə, siz haqq-hesab gününü yalanlayırsınız.
(İnfitar surəsi, 9)
📋
-
Həqiqətən, sizə nəzarət edən mələklər vardır,
(İnfitar surəsi, 10)
📋
-
Əməllərinizi yazan möhtərəm (mələklər)!
(İnfitar surəsi, 11)
📋
-
Onlar sizin etdiklərinizi bilirlər.
(İnfitar surəsi, 12)
📋
-
Şübhəsiz ki, yaxşı əməl sahibləri (cənnətdə) nemət içində olacaqlar.
(İnfitar surəsi, 13)
📋
-
Günahkarlar isə cəhənnəmdə olacaqlar.
(İnfitar surəsi, 14)
📋
-
Haqq-hesab günü onlar ora girəcəklər.
(İnfitar surəsi, 15)
📋
-
Onlar oradan çıxa bilməyəcəklər.
(İnfitar surəsi, 16)
📋
-
Sən haradan biləsən ki, haqq-hesab günü nədir?!
(İnfitar surəsi, 17)
📋
-
Bəli, sən haradan biləsən ki, haqq-hesab günü nədir?!
(İnfitar surəsi, 18)
📋
-
O gün heç kim heç kimə yardım edə bilməz. O gün hökm Allahındır!
(İnfitar surəsi, 19)
📋