Ölüləri dirildəndir MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
"Ölüləri dirildəndir" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Sur çalınan kimi onlar qalxıb sürətlə Rəbbinə tərəf gedəcəklər. (Yasin surəsi, 51)📋
- İnsan özbaşına buraxılacağınımı zənn edir?! (Qiyamət surəsi, 36)📋
- O, (ana rəhminə) atılan bir nütfə deyildimi?! (Qiyamət surəsi, 37)📋
- Sonra o ələqə (rüşeym) oldu və Allah onu yaradıb surət verdi. (Qiyamət surəsi, 38)📋
- Beləcə, ondan bir cüt - kişi və qadını yaratdı. (Qiyamət surəsi, 39)📋
- Elə isə Allah ölüləri təkrar diriltməyə qadir deyilmi?! (Qiyamət surəsi, 40)📋
- Qiyamət vaxtı da gələcəkdir. Bunda heç bir şübhə yoxdur. Allah ölü olanları dirildəcəkdir. (Həcc surəsi, 7)📋
- Onlar ətrafa səpələnmiş çəyirtkələr kimi, zəlil halda baxaraq (ortaya) çıxacaqlar. (Qəmər surəsi, 7)📋
- İnkar edənlər carçıya tərəf qaçarkən: “Bu çox çətin bir gündür!” - deyəcəklər. (Qəmər surəsi, 8)📋