ÜSTÜNLÜK sözü ilə əlaqəli ayələr
"ÜSTÜNLÜK" sözü ilə əlaqəli ayələr
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Onların bir qismini digərlərindən necə üstün tutduğumuza bax! Şübhəsiz ki, axirət dərəcə və üstünlük cəhətdən daha böyükdür. (İsra surəsi, 21)📋
- Süleyman Davuda varis olmuş və: “Ey insanlar! Bizə quş dili öyrədildi və hər şeydən verildi. Bu, həqiqətən, açıq-aşkar bir lütfdür”, - demişdi. (Nəml surəsi, 16)📋
- Ruhdan düşməyin və kədərlənməyin! Əgər həqiqətən iman etmisinizsə, üstün olan sizsiniz! (Ali İmran surəsi, 139)📋
- Ey insanlar! Biz sizi bir kişi və bir qadından yaratdıq. Bir-birinizlə tanış olasınız deyə sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz, Allah yanında sizin ən dəyərliniz ən təqvalı olanınızdır. Şübhəsiz ki, Allah hər şeyi biləndir, hər şeydən xəbərdardır. (Hucurat surəsi, 13)📋