Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
O gün tərəzi (əməllərin tərəziyə qoyulması) haqdır. Kimin çəkisi (savabları) ağır gələrsə, əsil xilas olan onlardır.
(Əraf surəsi, 8)
Kimin çəkisi (savabları) yüngül gələrsə, onlar ayələrimizə haqsızlıq etdikləri üçün özlərinə zülm edən kimsələrdir.
(Əraf surəsi, 9)
Qiyamət günü ədalət tərəzilərini quracağıq və heç kimə heç bir haqsızlıq edilməyəcəkdir. (Edilən əməl) bir xardal dənəsi ağırlığında olsa belə Biz onu (ədalət tərəzisinə) gətirib qoyacağıq. Biz haqq-hesab çəkməyə kifayətik.
(Ənbiya surəsi, 47)
Kimin (savab) tərəziləri ağır gələrsə, onlar əsil nicat tapanlardır.
(Muminun surəsi, 102)
Tərəziləri yüngül gələnlər isə özlərini ziyana salanlardır. Onlar cəhənnəmdə əbədi qalacaqlar.
(Muminun surəsi, 103)
(O gün) kimin (yaxşı əməl) tərəzisi ağır gələrsə,
(Qariə surəsi, 6)
O, razı qalacağı bir həyat sürəcəkdir.
(Qariə surəsi, 7)
Kimin (yaxşı əməl) tərəzisi yüngül gələrsə,
(Qariə surəsi, 8)
Onun anası (sığınacağı yer) Haviyədir.
(Qariə surəsi, 9)