ƏMƏL DƏFTƏRİ sözü ilə əlaqəli ayələr
"ƏMƏL DƏFTƏRİ" sözü ilə əlaqəli ayələr
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Biz hər insanın əməlini öz boynundan asdıq. Qiyamət günü açılmış vəziyyətdə görəcəyi bir kitabı onun qarşısına çıxardarıq. (İsra surəsi, 13)📋
- Yer Rəbbin nuru ilə aydınlandı; (ortaya) kitab qoyuldu; elçilər və şahidlər gətirildi, onların arasında haqq ilə hökm verildi və onlara heç bir haqsızlıq edilmədi. (Zumər surəsi, 69)📋
- Xeyr! Onların hər biri önünə sərilmiş səhifələr (ilahi vəhylər) verilməsini istəyir. (Müddəssir surəsi, 52)📋
- Səhifələr (əməl dəftərləri) açılacağı zaman, (Təkvir surəsi, 10)📋
- Xeyr! Şübhəsiz, günahkarların əməl dəftəri Siccindədir! (Mutaffifin surəsi, 7)📋
- Xeyr! Şübhəsiz, günahkarların əməl dəftəri Siccindədir! (Mutaffifin surəsi, 7)📋
- O, yazılmış bir kitabdır. (Mutaffifin surəsi, 9)📋
- Kimin əməl dəftəri sağ tərəfindən verilərsə, (İnşiqaq surəsi, 7)📋
- Onun haqq-hesabı asan olacaq, (İnşiqaq surəsi, 8)📋
- Və sevinərək ailəsinin yanına qayıdacaqdır. (İnşiqaq surəsi, 9)📋
- Ancaq kimin əməl dəftəri arxa tərəfindən verilərsə, (İnşiqaq surəsi, 10)📋
- O, yox olmaq (ölmək) istəyəcək, (İnşiqaq surəsi, 11)📋
- Və alovlu oda girəcəkdir. (İnşiqaq surəsi, 12)📋