ƏMƏL TƏRƏZİSİ sözü ilə əlaqəli ayələr
"ƏMƏL TƏRƏZİSİ" sözü ilə əlaqəli ayələr
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- O gün tərəzi (əməllərin tərəziyə qoyulması) haqdır. Kimin çəkisi (savabları) ağır gələrsə, əsil xilas olan onlardır. (Əraf surəsi, 8)📋
- Kimin çəkisi (savabları) yüngül gələrsə, onlar ayələrimizə haqsızlıq etdikləri üçün özlərinə zülm edən kimsələrdir. (Əraf surəsi, 9)📋
- Qiyamət günü ədalət tərəzilərini quracağıq və heç kimə heç bir haqsızlıq edilməyəcəkdir. (Edilən əməl) bir xardal dənəsi ağırlığında olsa belə Biz onu (ədalət tərəzisinə) gətirib qoyacağıq. Biz haqq-hesab çəkməyə kifayətik. (Ənbiya surəsi, 47)📋
- Kimin (savab) tərəziləri ağır gələrsə, onlar əsil nicat tapanlardır. (Muminun surəsi, 102)📋
- Tərəziləri yüngül gələnlər isə özlərini ziyana salanlardır. Onlar cəhənnəmdə əbədi qalacaqlar. (Muminun surəsi, 103)📋
- (O gün) kimin (yaxşı əməl) tərəzisi ağır gələrsə, (Qariə surəsi, 6)📋
- O, razı qalacağı bir həyat sürəcəkdir. (Qariə surəsi, 7)📋
- Kimin (yaxşı əməl) tərəzisi yüngül gələrsə, (Qariə surəsi, 8)📋
- Onun anası (sığınacağı yer) Haviyədir. (Qariə surəsi, 9)📋