Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Başa düşəsiniz deyə Biz onu ərəbcə bir Quran olaraq nazil etdik.
(Yusif surəsi, 2)
Beləliklə, Biz onu ərəbcə bir hökm (qanun) olaraq nazil etdik. Əgər sənə gələn elmdən sonra onların istəklərinə uysan, səni Allaha qarşı nə himayə edən, nə də qoruyan olar.
(Rad surəsi, 37)
Şübhəsiz ki, Biz onların: “Ona (Quranı) ancaq bir insan öyrədir!” - dediklərini bilirik. Onların nəzərdə tutduqları şəxsin dili başqa bir dildir. Bu (Quran) isə açıq-aşkar ərəb dilindədir.
(Nəhl surəsi, 103)
Beləcə, onu ərəbcə Quran olaraq nazil etdik və onda təhdidləri dəfələrlə izah etdik. Ola bilsin ki, onlar (günahlardan) çəkinələr, yaxud (Quran) onlar üçün bir ibrət olar!
(Taha surəsi, 113)
Əgər onu (Quranı) ərəb olmayanlardan birinə nazil etsəydik,
(Şuəra surəsi, 198)
Allahdan qorxsunlar deyə ərəb dilində qüsursuz bir Quran nazil etdik.
(Zumər surəsi, 28)
Bu, anlayan bir qövm üçün ayələri izah edilmiş ərəbcə oxunan bir kitabdır.
(Fussilət surəsi, 3)
Beləcə, şəhərlərin anası (böyük şəhər) və onun ətrafındakıları xəbərdar edəsən və haqqında heç bir şübhə olmayan toplanış günü ilə (onları) qorxudasan deyə sənə ərəbcə bir Quran vəhy etdik. İnsanların bir qismi cənnətdə, bir qismi isə cəhənnəmdə olacaqdır.
(Şura surəsi, 7)
Anlayıb dərk edəsiniz deyə Biz onu ərəbcə bir Quran etdik.
(Zuxruf surəsi, 3)
Bundan (Qurandan) əvvəl rəhbər və mərhəmət olaraq Musanın kitabı vardı. Bu (Quran) da zalımlara xəbərdarlıq etmək və yaxşı işlər görənlərə müjdə vermək üçün ərəb dilində nazil olmuş və (əvvəlki ilahi kitabları) təsdiqləyən bir kitabdır.
(Əhqaf surəsi, 12
)