Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Allah ona, qardaşının cəsədini necə basdıracağını göstərməsi üçün yeri eşən bir qarğa göndərdi. (Qarğanı gördüyü zaman) o dedi: “Vay halıma! Bu qarğa qədər də ola bilmədimmi ki, qardaşımın cəsədini basdırım?!” Beləcə, o, peşman olanlardan oldu.
(Maidə surəsi, 31)
Şübhəsiz ki, sizə vəd edilən (əzab) gələcəkdir. Siz buna mane ola bilməzsiniz!
(Ənam surəsi, 134)
İnkar edənlər (xilas olub) önə keçdiklərini zənn etməsinlər! Şübhəsiz ki, onlar (Bizi) aciz qoya bilməzlər.
(Ənfal surəsi, 59)
(Ey müşriklər!) Yer üzündə dörd ay da gəzib dolaşın. Bilin ki, siz Allahı aciz qoya bilməzsiniz. Allah inkar edənləri rəzil-rüsvay edəcəkdir.
(Tövbə surəsi, 2)
Ən böyük Həcc (Həcci-əkbər) günü Allah və elçisindən insanlara bildiriş! Şübhəsiz, Allah və elçisi müşriklərdən uzaqdır. Əgər tövbə etsəniz, bu sizin üçün daha xeyirli olar. Əgər (iman etməkdən) üz döndərsəniz, bilin ki, siz Allahı aciz qoya bilməzsiniz. İnkar edənləri acı bir əzabla müjdələ!
(Tövbə surəsi, 3)
Səndən: “O (əzab və axirət) həqiqətdirmi?” - deyə məlumat istəyirlər. De ki: “Bəli, Rəbbimə and olsun ki, o həqiqətdir və siz ona mane ola bilməzsiniz!”
(Yunis surəsi, 53)
Onlar yer üzündə Allahı aciz qoya bilməzlər. Onların Allahdan başqa (yardım istəyəcəkləri) dostları da yoxdur. Onlara ikiqat əzab veriləcəkdir. Onlar (haqqı) eşidə bilmir və görmürdülər.
(Hud surəsi, 20)
Nuh belə dedi: “İstədiyi vaxt yalnız Allah onu sizə gətirər və siz ona mane ola bilməzsiniz.
(Hud surəsi, 33)
Və ya gəzib dolaşarkən (əzabın) onları yaxalamayacağından (əmindirlərmi)? Onlar (əzaba) mane ola bilməzlər.
(Nəhl surəsi, 46)
Ayələrimizi təsirsiz hala salmaq üçün səy göstərənlərə gəldikdə, onlar cəhənnəm əhlidirlər.
(Həcc surəsi, 51)
İnkar edənlərin yer üzündə (Allahı) aciz qoya biləcəklərini zənn etmə! Onların sığınacaqları yer cəhənnəmdir. O nə pis qayıdış yeridir!
(Nur surəsi, 57)
Nə yerdə, nə də göydə siz (Allahı) aciz qoya bilməzsiniz! Allahdan başqa sizin nə bir dostunuz, nə də bir yardımçınız vardır”.
(Ənkəbut surəsi, 22)
Ayələrimizi qüvvədən salmaq üçün səy göstərənlər acı əzabın ən pisinə düçar olacaqlar.
(Səba surəsi, 5)
Onlar yer üzündə gəzib özlərindən əvvəlkilərin aqibətinin necə olduğunu görmədilərmi? Halbuki onlar bunlardan daha güclü idilər. Göylərdə və yerdə Allahı aciz qoya bilən heç bir şey yoxdur. Həqiqətən, O, hər şeyi biləndir, hər şeyə qadirdir.
(Fatir surəsi, 44)
Buna görə də onlar etdikləri pis əməllərin cəzasına düçar oldular. Bunların zülm edənləri də etdikləri pis əməllərin cəzasına düçar olacaqlar. Onlar Allahı aciz qoya bilməzlər.
(Zumər surəsi, 51)
Siz yer üzündə (Allahın əzabına) mane ola bilməzsiniz. Allahdan başqa sizin nə bir himayədarınız, nə də bir yardımçınız vardır.
(Şura surəsi, 31)
Kim Allahın dəvətçisini qəbul etməzsə, o, yer üzündə (Allahdan qaçaraq Onu) aciz qoya bilməz. Onun Allahdan başqa himayədarları da olmaz. Onlar açıq-aşkar bir azğınlıq içindədirlər”.
(Əhqaf surəsi, 32)
Biz anladıq ki, nə yerdə, nə də göyə qaçaraq Allahı aciz qoya bilərik (Allahın əzabından yaxa qurtara bilmərik).
(Cin surəsi, 12
)