(Şeytan) onlara vəd verər və onları ümidləndirər. Ancaq şeytanın onlara vəd verməsi, yalandan başqa bir şey deyildir.
(Nisa surəsi, 120)
O zaman münafiqlər və qəlbində xəstəlik olanlar: “Allah və peyğəmbəri bizə yalnız yalan şeylər vəd ediblər”, - deyirdilər.
(Əhzab surəsi, 12)
Bilin ki, dünya həyatı yalnız oyun-əyləncə, bər-bəzək, bir-birinizə qarşı öyünmək, bir də mal-mülk və övlad çoxaltmaq yarışından ibarətdir. O (dünya həyatı) elə bir yağışa bənzəyir ki, onun (torpaqdan) bitirdikləri inkar edənlərin xoşuna gələr. Sonra o quruyar, sən də onun saraldığını görərsən. Sonra da çör-çöp olar. Axirətdə həm şiddətli bir əzab, həm də Allahdan məğfirət və razılıq vardır. Dünya həyatı aldadıcı zövqdən başqa bir şey deyildir.
(Hədid surəsi, 20
)