Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Əgər müqavilə bağladıqdan sonra andlarını pozar və dininizi təhqir edərlərsə, küfrün öndərləri ilə vuruşun! Həqiqətən, onlar andları olmayan (andlarını pozan) kimsələrdir. (Onlarla vuruşsanız,) Ola bilsin ki, onlar (bu etdiklərinə) son qoyarlar.
(Tövbə surəsi, 12)
Rəbbindən açıq-aydın bir dəlilə əsaslanan, Allah tərəfindən bir şahidin izlədiyi və ondan əvvəl Musanın rəhbər və mərhəmət olan kitabının da şahidlik etdiyi kəs (başqaları kimi ola bilərmi)? Onlar (müsəlmanlar) ona inanırlar. Onu inkar edən zümrələrə vəd olunan yer cəhənnəmdir. Buna görə də onun barəsində şübhə etmə! Şübhəsiz ki, o, sənin Rəbbindən gələn haqdır. Ancaq insanların çoxu iman etməz.
(Hud surəsi, 17)
O, qiyamət günü öz qövmünün qabağına keçib onları cəhənnəmə aparacaq. Aparıldıqları yer necə də pisdir!
(Hud surəsi, 98)
İnkar edənlər: “Rəbbindən ona bir möcüzə endirilməli deyildimi?” - deyirlər. Sən yalnız xəbərdar edənsən. Hər qövmün doğru yolu göstərən bir rəhbəri vardır.
(Rad surəsi, 7)
Biz onları əmrimizlə (insanlara) doğru yolu göstərən öndərlər etdik və onlara xeyirli işlər görməyi, namaz qılmağı və zəkat verməyi vəhy etdik. Onlar Bizə ibadət edən kimsələr idilər.
(Ənbiya surəsi, 73)
Onlar: “Ey Rəbbimiz! Bizə gözümüzü aydınladan zövcə və nəsillər bəxş et və bizi müttəqilərə rəhbər et!” – deyərlər.
(Furqan surəsi, 74)
Biz o torpaqlarda əzilənlərə (İsrail oğullarına) lütf edərək, onları rəhbərlər və varislər etmək istəyirdik.
(Qəsas surəsi, 5)
Biz onları cəhənnəmə çağıran rəhbərlər etdik. Qiyamət günü onlara heç bir köməklik göstərilməyəcəkdir.
(Qəsas surəsi, 41)
Səbir etdiklərinə görə onlardan əmrimizlə haqq yolu göstərən rəhbərlər təyin etdik. Onlar ayələrimizə yəqinliklə inanırdılar.
(Səcdə surəsi, 24
)