BALIQ sözü ilə əlaqəli ayələr
"BALIQ" sözü ilə əlaqəli ayələr
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Onlardan dəniz kənarındakı qəsəbə (xalqı) haqqında soruş! O zaman onlar şənbə günü həddi aşırdılar. Çünki şənbə günü balıqlar dəstə-dəstə onlara tərəf gəlir, şənbə günündən başqa günlər isə gəlmirdilər. Günah işlədiklərinə görə onları bu şəkildə imtahana çəkirdik.
(Əraf surəsi, 163)📋
- Onlar iki dənizin qovuşduğu yerə çatdıqları zaman balığı unutmuşdular. Həmin balıq isə dənizə girib gözdən itmişdi.
(Kəhf surəsi, 61)📋
- Gənc dedi: “Gördünmü, biz qayaya sığındığımız zaman mən balığı unutdum. Onu xatırlamağı mənə məhz şeytan unutdurdu. O da qeyri-adi bir şəkildə dənizə girib getmişdir”.
(Kəhf surəsi, 63)📋
- Zünnunu da (Yunisi də yad et)! Bir zaman o, qəzəbli bir halda çıxıb getmiş və ona gücümüzün çatmayacağını zənn etmişdi. Nəhayət, (balığın qarnında) qaranlıqda ikən o, belə səslənmişdi: “(Ey Rəbbim!) Səndən başqa heç bir ilah yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam”.
(Ənbiya surəsi, 87)📋
- O (Rəbbinin izni olmadan qövmünü tərk etdiyi üçün) özünü qınayarkən bir balıq onu udmuşdu.
(Saffat surəsi, 142)📋
- Sən Rəbbinin hökmünə səbir et və balıq sahibi (Yunis) kimi olma! Bir zaman o, (balığın qarnında) dərdli-dərdli (Rəbbinə) səslənmişdi.
(Qələm surəsi, 48
)📋