Allah ona, qardaşının cəsədini necə basdıracağını göstərməsi üçün yeri eşən bir qarğa göndərdi. (Qarğanı gördüyü zaman) o dedi: “Vay halıma! Bu qarğa qədər də ola bilmədimmi ki, qardaşımın cəsədini basdırım?!” Beləcə, o, peşman olanlardan oldu.
(Maidə surəsi, 31)
(Ey Firon!) Səndən sonrakılara ibrət olsun deyə bu gün sənin (cansız) bədənini xilas edəcəyik. Həqiqətən, insanların çoxu ayələrimizdən qafildir.
(Yunis surəsi, 92)
Biz onları (peyğəmbərləri) yemək yeməyən bir cəsəd etmədik. Onlar (bu dünyada) əbədi də deyillər.
(Ənbiya surəsi, 8)
Həqiqətən, Biz Süleymanı sınağa çəkmişdik. Taxtının üstünə bir cəsəd qoyduq. Sonra o əvvəlki halına qayıtdı.
(Sad surəsi, 34
)