Harada olursa olsunlar, Allahın və (mömin) insanların himayəsinə sığınanlar istisna olmaqla, onlara zillət damğası vurulmuşdur. Onlar Allahın qəzəbinə düçar olmuşlar və onlara miskinlik damğası vurulmuşdur. Çünki onlar Allahın ayələrini inkar edir və peyğəmbərləri haqsız yerə öldürürdülər. Bu, (Allaha qarşı) üsyan etmələri və həddi aşmalarına görədir.
(Ali İmran surəsi, 112)
Verdikləri əhdi pozmaları, Allahın ayələrini inkar etmələri, peyğəmbərləri haqsız yerə öldürmələri və: “Ürəklərimiz pərdəlidir!” - demələrinə görədir. Xeyr, küfrlərinə görə Allah onların qəlbini möhürləmişdir. Artıq, onların az bir qismi iman gətirər.
(Nisa surəsi, 155)
(Əvvəllər məhv olmuş) xalqlardan sonra yer üzünə varis olanlara aydın olmadımı ki, əgər Biz diləsəydik, onları da günahlarına görə müsibətlərə düçar edər, onların qəlbini möhürləyərdik və beləliklə onlar (haqqı) eşitməzdilər.
(Əraf surəsi, 100)
O məmləkətlərin xəbərlərinin bir qismini sənə söyləyirik. Həqiqətən, peyğəmbərləri onlara açıq-aşkar dəlillər gətirmişdilər. Ancaq onlar daha əvvəl yalanladıqlarına iman gətirəsi deyildilər. Allah inkar edənlərin qəlbini belə möhürləyər.
(Əraf surəsi, 101)
O daşlar Rəbbinin dərgahında işarələnmişdir və zalımlardan uzaq deyildir.
(Hud surəsi, 83)
Biz yaxın bir vaxtda onun burnunu damğalayacağıq.
(Qələm surəsi, 16
)