Qadınlara, uşaqlara, qızıl-gümüş yığınlarına, yaxşı cins atlara, mal-qaraya və əkin sahələrinə qarşı nəfsani istəklər insanlara gözəl göstərilmişdir. Bunlar dünya həyatının (müvəqqəti) mənfəətləridir. Ən gözəl dönüş yeri Allah dərgahındadır.
(Ali İmran surəsi, 14)
Ey iman gətirənlər! Xaxamlardan və rahiblərdən bir çoxu insanların mallarını haqsız yolla yeyir və (insanları) Allah yolundan döndərirlər. Qızıl və gümüş yığıb onu Allah yolunda xərcləməyən kimsələri acı bir əzabla müjdələ!
(Tövbə surəsi, 34)
Əgər insanların (inkar edənlərə rəğbət göstərən) bir ümmət olmaları (təhlükəsi) olmasaydı, yalnız Rəhman olan Allahı inkar edənlərin evlərinin tavanlarını və çıxdıqları nərdivanları gümüşdən edərdik.
(Zuxruf surəsi, 33)
Onların ətrafında gümüş qablar və büllur qədəhlər dolaşdırılacaq.
(İnsan surəsi, 15)
Gümüşdən olan bu büllur qədəhləri onların istədikləri ölçüdə hazırlamışlar.
(İnsan surəsi, 16)
Onların üstündə taftadan və atlazdan yaşıl paltarlar olacaqdır. Onlara gümüş bilərziklər taxılacaq və Rəbbi onlara tərtəmiz bir içki içirdəcəkdir.
(İnsan surəsi, 21
)