HALAL RUZİ sözü ilə əlaqəli ayələr
"HALAL RUZİ" sözü ilə əlaqəli ayələr
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Ey insanlar! Yer üzündəki nemətlərin halal və təmiz olanlarından yeyin, şeytanın addımlarını izləməyin! Həqiqətən, o, sizin açıq-aşkar düşməninizdir. (Bəqərə surəsi, 168)📋
- Allahın sizə halal və təmiz olaraq verdiyi ruzidən yeyin! İman etdiyiniz Allahdan qorxun! (Maidə surəsi, 88)📋
- Ona görə də əldə etdiyiniz qənimətləri halal və təmiz olaraq yeyin və Allahdan qorxun! Şübhəsiz ki, Allah bağışlayandır, rəhmlidir. (Ənfal surəsi, 69)📋
- Əgər yalnız Allaha ibadət edirsinizsə, Onun sizə verdiyi halal və təmiz ruzilərdən yeyin və Allahın nemətinə şükür edin! (Nəhl surəsi, 114)📋