HEYKƏL sözü ilə əlaqəli ayələr
"HEYKƏL" sözü ilə əlaqəli ayələr
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- (Tura gedən) Musanın ardınca qövmü zinət əşyalarından (düzəltdikləri) və böyürtüsü olan bir buzov heykəlini özlərinə (ilah) qəbul etdilər. Görmədilərmi ki, o (buzov) nə onlarla danışır, nə də onlara yol göstərə bilir?! Onu özlərinə (ilah) qəbul edərək zalım kimsələr oldular.
(Əraf surəsi, 148)📋
- (Samiri) onlar üçün böyürən bir buzov heykəli düzəltdi. Onlar da belə dedilər: “Bu sizin də, Musanın da ilahıdır. Lakin o (bunu) unutmuşdur”.
(Taha surəsi, 88)📋
- Vaxtilə o, atasına və qövmünə: “Sizin ibadət etdiyiniz bu heykəllər nədir?” - demişdi.
(Ənbiya surəsi, 52)📋
- Onun üçün istəyinə uyğun məbədlər, heykəllər, hovuzlara oxşar ləyənlər və yerindən tərpədilə bilməyən iri qazanlar düzəldirdilər. Ey Davud ailəsi, Allaha şükür edin! Bəndələrimdən şükür edənlər azdır.
(Səba surəsi, 13
)📋