MAL-QARA sözü ilə əlaqəli ayələr
"MAL-QARA" sözü ilə əlaqəli ayələr
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Onları hökmən azdırıb (puç) xülyalara salacaq və onlara əmr edəcəyəm ki, heyvanların qulaqlarını kəssinlər. Onlara, Allahın yaratdıqlarını dəyişdirməyi əmr edəcəyəm!” Kim Allahı qoyub şeytanı özünə dost tutarsa, həqiqətən, o, açıq-aşkar ziyana düşmüşdür.
(Nisa surəsi, 119)📋
- Musa dedi: “O mənim əsamdır. Ona söykənirəm və onunla qoyunlarım üçün yarpaq silkələyirəm. Həmçinin başqa məqsədlərlə də ondan istifadə edirəm”.
(Taha surəsi, 18)📋
- İnsanlardan, heyvanlardan və davarlardan da bu cür müxtəlif rəngli olanlar vardır. Allahdan bəndələri arasında yalnız alimlər (layiqincə) qorxarlar. Həqiqətən, Allah qüdrətlidir, bağışlayandır.
(Fatir surəsi, 28)📋
- O sizi tək bir candan (Adəmdən) xəlq etdi. Sonra ondan zövcəsini (Həvvanı) yaratdı. Sizin üçün heyvanlardan səkkiz cüt meydana gətirdi. O sizi analarınızın bətnində üç qaranlıq içində şəkildən şəklə salaraq yaradır. Bu, Rəbbiniz olan Allahdır. Hakimiyyət Onundur. Ondan başqa heç bir ilah yoxdur. Bəs necə olub (haqdan) döndərilirsiniz?!
(Zumər surəsi, 6)📋
- Bəzilərinə minəsiniz, bəzilərini də yeyəsiniz deyə heyvanları sizin üçün yaradan Allahdır.
(Mömin surəsi, 79)📋
- O, göyləri və yeri yoxdan yaradandır. O, sizin üçün özünüzdən zövcə, heyvanlardan da (erkək və dişi olmaqla) ciftlər yaratmışdır. O sizi belə çoxaldır. Onun heç bir bənzəri yoxdur. O, hər şeyi eşidəndir, görəndir.
(Şura surəsi, 11
)📋