QANAD sözü ilə əlaqəli ayələr
"QANAD" sözü ilə əlaqəli ayələr
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Onlardan bəzi zümrələrə verdiyimiz dünya malına əsla göz dikmə, onlara görə kədərlənmə və möminləri qanadının altına al!
(Hicr surəsi, 88)📋
- Sənə uyan möminləri qanadının altına al!
(Şuəra surəsi, 215)📋
- Əlini qoynuna sal ki, qüsursuz və ağappaq çıxsın. Əlini özünə çək ki, qorxun keçsin! Bunlar Firona və onun əyanlarına qarşı Rəbbin tərəfindən iki dəlildir. Həqiqətən, onlar fasiqlərdir”.
(Qəsas surəsi, 32)📋
- Göyləri və yeri yaradan, mələkləri ikiqanadlı, üçqanadlı və dördqanadlı elçilər edən Allaha həmd olsun! O, istədiyi qədər çox yaradar. Şübhəsiz ki, Allah hər şeyə qadirdir.
(Fatir surəsi, 1)📋
- Göydə qanad çırparaq uçan quşları görmürlərmi? Onları havada yalnız Rəhman olan Allah saxlayır. Şübhəsiz ki, O, hər şeyi görəndir.
(Mülk surəsi, 19
)📋