QORXAQLIQ sözü ilə əlaqəli ayələr
"QORXAQLIQ" sözü ilə əlaqəli ayələr
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Ey iman edənlər! Siz, yer üzündə cihada çıxan və ya müharibədə olan qardaşları haqqında: “Əgər bizim yanımızda olsaydılar nə ölər, nə də öldürülərdilər!” - deyən inkar edənlər kimi olmayın! Allah bunu, onların qəlbində bir həsrət (yarası) olsun deyə etdi. Həyat verən də, öldürən də Allahdır. Allah sizin etdiklərinizi görəndir.
(Ali İmran surəsi, 156)📋
- Sizdən elələri var ki, (cihada çıxdığınız zaman) ağır tərpənər və əgər sizə bir müsibət üz verərsə, belə deyər: “Allah mənə lütf etdi ki, mən onlarla birlikdə olmadım”.
(Nisa surəsi, 72)📋
- Əgər Allahdan sizə bir lütf (zəfər) yetişərsə, sanki sizinlə onun arasında heç bir yaxınlıq yoxmuş kimi belə deyər: “Kaş mən də onlarla birlikdə olub böyük bir uğur qazanaydım!”
(Nisa surəsi, 73)📋
- Ey iman edənlər! (Döyüşdə) axıb gələn inkar edən ordusu ilə qarşılaşdığınız zaman onlara arxanızı çevirməyin (qorxub qaçmayın)!
(Ənfal surəsi, 15)📋
- (Təkrar) döyüşmək üçün bir kənara çəkilənlər və ya (möminlərdən ibarət digər bir) dəstəyə qoşulanlar istisna olmaqla, o gün kim onlara (düşmən ordusuna) arxasını çevirərsə, şübhəsiz, o, Allahın qəzəbinə düçar olar. Onun sığınacağı yer cəhənnəmdir. Ora nə pis dönüş yeridir!
(Ənfal surəsi, 16)📋
- Allaha və axirət gününə iman edənlər malları və canları ilə cihad etməkdən (geri qalmaq üçün) səndən izin istəməzlər. Allah müttəqiləri tanıyır.
(Tövbə surəsi, 44)📋
- Onlardan elələri də var ki: “Mənə (cihada çıxmamağa) izin ver və məni fitnəyə (günaha) salma!” - deyir. Bilin ki, onsuz da onlar fitnəyə düşüblər. Həqiqətən, cəhənnəm inkar edənləri mütləq bürüyəcəkdir!
(Tövbə surəsi, 49)📋
- (Münafiqlər) Özlərinin sizdən olduqlarına dair Allaha and içərlər. Halbuki onlar sizdən deyillər. Lakin onlar qorxaq bir tayfadır.
(Tövbə surəsi, 56)📋
- Əgər onlar bir sığınacaq və ya mağaralar, yaxud girməyə bir yer tapsaydılar, mütləq qaçaraq ora üz tutardılar.
(Tövbə surəsi, 57
)📋