QUMAR sözü ilə əlaqəli ayələr
"QUMAR" sözü ilə əlaqəli ayələr
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Səndən içki (huşlandıran maddələr) və qumar haqqında soruşurlar. De: “Onlarda həm böyük günah, həm də insanlar üçün müəyyən faydalar vardır. Günahları isə faydalarından daha böyükdür”. Bir də səndən nə infaq edəcəklərini soruşurlar. De ki: “Ehtiyacınızdan artıq qalanını!” Allah ayələri sizə bu cür bəyan edir ki, bəlkə, düşünəsiniz.
(Bəqərə surəsi, 219)📋
- Ey iman edənlər! Həqiqətən, içki (huşlandıran maddələr), qumar, bütlər və falçılıq şeytan əməli olan murdar şeylərdir. Bunlardan uzaq durun ki, bəlkə nicat tapasınız!
(Maidə surəsi, 90)📋
- Şübhəsiz ki, şeytan içki (huşlandıran maddələr) və qumarla aranıza düşmənçilik və kin salmaq, sizi Allahı anmaqdan və namaz qılmaqdan uzaqlaşdırmaq istəyir. Artıq (bunlara) son qoyacaqsınızmı?
(Maidə surəsi, 91
)📋