SƏHİFƏ sözü ilə əlaqəli ayələr
"SƏHİFƏ" sözü ilə əlaqəli ayələr
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- O gün Biz göyü yazılmış səhifənin büküldüyü kimi bükəcəyik. İlk dəfə yaratdığımız kimi onu təkrar əvvəlki halına salacağıq. Biz vədimizi mütləq yerinə yetirəcəyik. (Ənbiya surəsi, 104)📋
- Əgər onlar səni yalanlayırlarsa, bil ki, onlardan əvvəlkilər də (öz elçilərini) yalanlamışdılar. Elçiləri onlara açıq-aydın ayələr (möcüzələr), səhifələr və aydınladan kitab gətirmişdilər. (Fatir surəsi, 25)📋
- Yoxsa Musanın səhifələrində olanlar ona xəbər verilmədimi?! (Nəcm surəsi, 36)📋
- Xeyr! Onların hər biri önünə sərilmiş səhifələr (ilahi vəhylər) verilməsini istəyir. (Müddəssir surəsi, 52)📋
- O (Quran) çox şərəfli səhifələrdədir, (Əbəsə surəsi, 13)📋
- Səhifələr (əməl dəftərləri) açılacağı zaman, (Təkvir surəsi, 10)📋
- Həqiqətən, bunlar əvvəlki kitablarda da mövcuddur (Əla surəsi, 18)📋
- İbrahimin və Musanın səhifələrində. (Əla surəsi, 19)📋
- Bu dəlil Allah tərəfindən göndərilən və tərtəmiz səhifələri oxuyan bir elçidir. (Beyyinə surəsi, 2)📋