Şübhəsiz ki, (əvvəlki peyğəmbərlərə) iman gətirənlər, yəhudilər, xristianlar və sabiilərdən hər kim Allaha və axirət gününə iman gətirib saleh əməl işləyərsə, onların mükafatları Rəbbinin yanındadır. Onlar üçün heç bir qorxu yoxdur və onlar qəm-qüssə görməyəcəklər.
(Bəqərə surəsi, 62)
Şübhəsiz, iman gətirənlər, yəhudilər, sabiilər və xaçpərəstlərdən Allaha və axirət gününə inanıb yaxşı işlər görənlər üçün heç bir qorxu yoxdur və onlar qəm-qüssə görməyəcəklər.
(Maidə surəsi, 69)
Allah qiyamət günü möminlər, yəhudilər, sabiilər, xaçpərəstlər, atəşpərəstlər və müşriklər arasında mütləq Öz hökmünü verəcəkdir. Şübhəsiz ki, Allah hər şeyə şahiddir.
(Həcc surəsi, 17
)