Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
De: “Ey kitab əhli! Tövrata, İncilə və Rəbbinizdən sizə nazil edilənə (Qurana) əməl etməyincə bir şey (doğru yol) üzərində olmazsınız!” Rəbbindən sənə nazil edilən (Quran) onlardan bir çoxunun azğınlığını və küfrünü artıracaqdır. Ona görə də inkar edən qövm üçün kədərlənmə!
(Maidə surəsi, 68)
(Möcüzə gəlsə belə) daha əvvəl ona iman etmədikləri kimi, yenə onların qəlbini və gözlərini tərsinə çevirərik və onları, öz azğınlıqları içində çaşqın bir vəziyyətdə qoyarıq.
(Ənam surəsi, 110)
Allah kimi azdırarsa, artıq ona doğru yolu göstərən olmaz. Allah onları azğınlıqları içində çaşbaş halda qoyar.
(Əraf surəsi, 186
)