TƏRİF sözü ilə əlaqəli ayələr
"TƏRİF" sözü ilə əlaqəli ayələr
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Əlif, Lam, Ra! (Bu Quran) Rəbbinin izni ilə insanları qaranlıqlardan aydınlığa – yenilməz qüvvət sahibi və şükürə layiq olan Allahın yoluna çıxartmağın üçün sənə nazil etdiyimiz kitabdır. (İbrahim surəsi, 1)📋
- Yeddi göy, yer və onların içindəkilər Onu təsbeh edir (şəninə təriflər deyir). Onu həmd ilə təsbeh etməyən heç bir şey yoxdur. Lakin onların təsbeh etməsini siz anlamazsınız. Həqiqətən, O həlimdir, bağışlayandır. (İsra surəsi, 44)📋
- Allahın sizi çağıracağı gün siz Ona həmd edərək dəvətini qəbul edəcək və yalnız az bir müddət qaldığınızı zənn edəcəksiniz”. (İsra surəsi, 52)📋
- De: “Özünə heç bir övlad götürməyən, hakimiyyətində şəriki olmayan və acizlik səbəbilə bir dosta ehtiyacı olmayan Allaha həmd olsun!” və təkbir gətirərək Onun şanını uca tut! (İsra surəsi, 111)📋