YAŞLI sözü ilə əlaqəli ayələr
"YAŞLI" sözü ilə əlaqəli ayələr
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- (Qardaşlar) dedilər: “Ey vəzir! Onun çox qoca bir atası var. Onun yerinə bizdən birini saxla. Çünki sənin yaxşı insanlardan olduğunu görürük”.
(Yusif surəsi, 78)📋
- Rəbbin yalnız Özünə ibadət etməyi və ana-ataya yaxşı davranmağı əmr etmişdir. Əgər onlardan biri və ya hər ikisi sənin yanında yaşlanarsa, onlara: “Uf!” belə demə, onları danlama və onlara xoş söz söylə!
(İsra surəsi, 23)📋
- Demişdi ki: “Ey Rəbbim! Sümüklərim zəifləyib, başım da ağappaq ağarıb. Ey Rəbbim! Sənə etdiyim dua sayəsində heç vaxt bədbəxt olmamışam.
(Məryəm surəsi, 4)📋
- O dedi: “Ey Rəbbim! Zövcəm qısır, özüm də qocalığın son həddinə çatdığım halda mənim necə oğlum ola bilər?”
(Məryəm surəsi, 8)📋
- Sizi zəif bir şeydən (nütfədən) yaradan, sonra zəifliyin arxasınca qüvvət, sonra qüvvətin arxasınca gücsüzlük və qocalıq verən Allahdır. O, istədiyini yaradır. O, hər şeyi biləndir, qüdrət sahibidir.
(Rum surəsi, 54)📋
- Ancaq geridə qalanlar arasındakı yaşlı qadın (Lutun zövcəsi) bundan istisnadır.
(Saffat surəsi, 135)📋
- Onun zövcəsi (Sara) qışqıraraq gəldi və əlini üzünə vuraraq: “Mən sonsuz bir qoca qarıyam!” - dedi.
(Zəriyət surəsi, 29
)📋