Çaylar vardır MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
"Çaylar vardır" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- (Belə etsəniz,) Allah sizin günahlarınızı bağışlayar və sizi (ağacları) altından çaylar axan cənnətlərə və Ədn cənnətlərindəki gözəl məskənlərə daxil edər. Böyük müvəffəqiyyət budur! (Saff surəsi, 12)📋
- İstəsə, sənə bundan daha yaxşısını - altından çaylar axan cənnətləri verəcək və sənin üçün qəsrlər yaradacaq olan Allahın şanı çox ucadır! (Furqan surəsi, 10)📋
- Kim yaxşı bir iş görərsə, bu onun öz lehinə, kim də pis bir iş görərsə, bu onun öz əleyhinə olar. Sonra siz Rəbbinizə qaytarılacaqsınız. (Casiyə surəsi, 15)📋
- İman edib yaxşı işlər görənləri (ağacları) altından çaylar axan, içində əbədi qalacaqları cənnətlərə daxil edəcəyik. Orada onlar üçün tər-təmiz zövcə vardır. Onları (orada) sıx kölgəliklərə daxil edəcəyik. (Nisa surəsi, 57)📋