İnsanların haqlarını yeyərlər MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
"İnsanların haqlarını yeyərlər" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Çəkidə və ölçüdə aldadanların vay halına! (Mutaffifin surəsi, 1)📋
- Onlar insanlardan bir şey satın aldıqları zaman tam ölçər, (Mutaffifin surəsi, 2)📋
- Başqaları üçün bir şey ölçdüklərində, yaxud çəkdiklərində isə əskik ölçüb-çəkərlər. (Mutaffifin surəsi, 3)📋
- (Tərəzidə) ölçüyə tam riayət edin və (insanların haqqını) əskik verənlərdən olmayın! (Şuəra surəsi, 181)📋
- Düzgün tərəzi ilə çəkin! (Şuəra surəsi, 182)📋
- İnsanların haqqını əskiltməyin və yer üzündə fitnə-fəsad törədərək qarışıqlıq salmayın! (Şuəra surəsi, 183)📋
- (Həddi-büluğa çatdıqları zaman) yetimlərə mallarını (geri) verin və pisi yaxşı ilə dəyişdirməyin! Onların mallarını öz mallarınıza qatıb yeməyin! Həqiqətən, bu, böyük günahdır. (Nisa surəsi, 2)📋
- Həmçinin (bunu,) onlara qadağan olunduğu halda faiz aldıqları və haqsızlıqla insanların malını yedikləri üçün etdik. Onlardan inkar edən olanlar üçün acı bir əzab hazırlamışıq. (Nisa surəsi, 161)📋
- Mədyən qövmünə də qardaşları Şüeybi (elçi) göndərdik. O demişdi: “Ey qövmüm, Allaha ibadət edin! Sizin Ondan başqa heç bir ilahınız yoxdur. Sizə Rəbbinizdən açıq-aşkar bir dəlil gəlmişdir. Elə isə ölçüdə və tərəzidə düzgünlüyə riayət edin! İnsanların mallarını əskik verməyin! İslah edildikdən sonra yer üzündə fitnə-fəsad törətməyin! Əgər iman etmişsinizsə, bu sizin üçün daha xeyirlidir. (Əraf surəsi, 85)📋