Allahın xatırlanmasına dözə bilməzlər MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
"Allahın xatırlanmasına dözə bilməzlər" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Onlar ağızları ilə Allahın nurunu söndürmək istəyirlər. Ancaq inkar edənlərin xoşuna gəlməsə də, Allah əsla Öz nurunu tamamlamaqdan geri durmaz. (Tövbə surəsi, 32)📋
- İnkar edənlər: “Bu Quranı dinləməyin! O oxunarkən səs-küy salın ki, bəlkə səsinizlə onu üstələyəsiniz”, - dedilər. (Fussilət surəsi, 26)📋
- Ayələrimiz onlara açıq-aydın oxunduğu zaman inkar edənlərin üzlərində bir məmnuniyyətsizlik sezərsən. Az qalsın, onlara ayələrimizi oxuyanların üstünə hücum etsinlər. De ki: “Bundan daha pisini sizə xəbər verimmi? Cəhənnəm! Allah onu inkar edənlər üçün vəd etmişdir. O nə pis dönüş yeridir!” (Həcc surəsi, 72)📋
- Onu (Quranı) anlamamaları üçün də onların qəlbinə örtük çəkdik, qulaqlarına da ağırlıq (karlıq) verdik. Sən Quranda Rəbbinin birliyini andığın zaman onlar uzaqlaşaraq arxalarını dönüb gedərlər. (İsra surəsi, 46)📋
- Allah tək olduğu (vəhdaniyyəti) anıldığı zaman axirətə inanmayanların qəlbi nifrətlə dolar. Lakin Ondan başqaları anıldığı zaman onlar dərhal sevinərlər. (Zumər surəsi, 45)📋
- O (inkar edənlər) ki, gözləri pərdəli olduğu üçün Məni anmır və (haqqı) eşidə bilmirdilər. (Kəhf surəsi, 101)📋
- Həqiqətən, inkar edənlər Zikri (Quranı) eşitdikləri zaman az qala səni gözləri ilə yıxalar. Onlar: “O divanədir!” - deyirlər. (Qələm surəsi, 51)📋