Bütün varlıqlar Ona boyun əymişdir MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
"Bütün varlıqlar Ona boyun əymişdir" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Yoxsa onlar Allahın dinindən başqa bir din axtarırlar? Halbuki göylərdə və yerdə olan hər bir məxluq istər-istəməz Ona təslim olmuş və Ona da qaytarılacaqlar. (Ali İmran surəsi, 83)📋
- Şübhəsiz, mənim də, sizin də Rəbbiniz olan Allaha təvəkkül etmişəm. Elə bir canlı yoxdur ki, Allah onun kəkilindən tutmuş olmasın. Həqiqətən, Rəbbim doğru yoldadır. (Hud surəsi, 56)📋
- Ona görə ki, onlara minəsiniz, sonra da mindiyiniz zaman Rəbbinizin nemətini yada salasınız və belə deyəsiniz: “Bunları bizim xidmətimizə verən Allah pak və müqəddəsdir! Bizim ona gücümüz çatmazdı. (Zuxruf surəsi, 13)📋
- Biz dağları onun xidmətinə vermişdik. Onlar səhər-axşam onunla birlikdə Allahı təsbeh edirdilər. (Sad surəsi, 18)📋
- Rəbbinin dəvətini qəbul edənlər üçün ən gözəl (mükafat) vardır. Onun dəvətini qəbul etməyənlərə gəldikdə, yer üzündəki hər şey və bir o qədəri də onların olsaydı, (əzabdan xilas olmaq üçün) mütləq onu fidyə verərdilər. Onların haqq-hesabı çox pis (çətin) olacaqdır. Onların sığınacaqları yer cəhənnəmdir. Ora necə də pis bir yerdir! (Rad surəsi, 18)📋
- Əmri ilə gəmilərin üzməsi və sizin də Onun lütfündən ruzi axtarmağınız və şükür etməyiniz üçün dənizi sizin xidmətinizə verən Allahdır. (Casiyə surəsi, 12)📋