Qiyamət günü sorğu-sual olunarlar və Allaha qoşduqları şəriklərindən ayrılarlar MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
"Qiyamət günü sorğu-sual olunarlar və Allaha qoşduqları şəriklərindən ayrılarlar" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Qiyamətin qopacağı gün günahkarlar susacaqlar. (Rum surəsi, 12)📋
- (Allaha qoşduqları) şəriklərindən heç biri onlar üçün şəfaətçi olmayacaq. Onlar öz şəriklərini inkar edəcəklər. (Rum surəsi, 13)📋
- O gün onların hamısını bir yerə toplayacağıq, sonra da müşriklərə: “Siz və qoşduğunuz şəriklər, öz yerinizə (keçin)!” - deyəcəyik. Beləcə onları (möminlərdən) ayıracağıq. Qoşduqları şəriklər isə belə deyəcəklər: “Siz bizə ibadət etmirdiniz. (Yunis surəsi, 28)📋
- Bizimlə sizin aranızda şahid kimi Allah yetər. Həqiqətən, sizin (bizə) ibadət etməyinizdən xəbərsiz idik”. (Yunis surəsi, 29)📋
- Orada hər kəs keçmişdə etdiyi əməlləri yoxlayıb görəcək. Onlar həqiqi sahibləri olan Allahın hüzuruna qaytarılacaqlar. Uydurub düzəltdikləri (bütlər) isə onlardan uzaqlaşıb yox olacaq. (Yunis surəsi, 30)📋
- Və onlara belə deyərlər: “İbadət etdikləriniz haradadır? (Şuəra surəsi, 92)📋
- Allahdan başqa (ibadət etdikləriniz)! Onlar sizə, yaxud özlərinə kömək edə bilərlərmi?” (Şuəra surəsi, 93)📋
- O gün Allah onlara səslənərək: “Mənim şəriklərim olduğunu iddia etdikləriniz haradadır?” - deyəcəkdir. (Qəsas surəsi, 74)📋
- Rəbbinin hüzurunda dayandırıldıqları zaman (onları) görəydin! Allah buyuracaq: “Bu, haqq deyilmi?” Onlar: “Bəli, Rəbbimizə and olsun ki, (haqdır)!” - deyəcəklər. Allah buyuracaq: “Elə isə, (bunu) inkar etdiyinizə görə dadın əzabı!” (Ənam surəsi, 30)📋
- Müşriklər (Allaha) qoşduqları şərikləri gördükdə: “Ey Rəbbimiz, bunlar, Səni qoyub ibadət etdiyimiz şəriklərimizdir!” - deyəcəklər. Onlar da bunlara: “Şübhəsiz, siz yalançısınız!” - deyəcəklər. (Nəhl surəsi, 86)📋
- O gün (müşriklər) Allaha təslim olacaqlar, uydurduqları (bütlər) də yox olub gedəcəkdir. (Nəhl surəsi, 87)📋
- O gün Allah: “İddia etdiyiniz şəriklərimi çağırın!” – deyər. Müşriklər də dərhal onları (bütlərini) çağırarlar. Ancaq (bütlər) onlara cavab verməzlər. Biz onların arasında bir uçurum yaradarıq. (Kəhf surəsi, 52)📋
- Onları dayandırın! Çünki onlar sorğu-sual olunacaqlar”. (Saffat surəsi, 24)📋
- O gün onların hamısını toplayacaq, sonra (Allaha) şərik qoşanlara: “İddia etdiyiniz şərikləriniz haradadır?!” - deyəcəyik. (Ənam surəsi, 22)📋
- Sonra onların: “Rəbbimiz olan Allaha and olsun ki, biz şərik qoşan deyildik!” - deməkdən başqa bəhanələri qalmayacaqdır. (Ənam surəsi, 23)📋
- Bax gör, özlərinə qarşı necə yalan söylədilər. Özlərindən uydurduqları (bütlər) isə onlardan uzaqlaşıb yoxa çıxdılar. (Ənam surəsi, 24)📋
- O gün Allah onlara səslənərək: “Mənim şəriklərim olduğunu iddia etdikləriniz haradadır?!” - deyəcək. (Qəsas surəsi, 62)📋
- Haqlarında söz (əzab) vacib olan kimsələr belə deyəcəklər: “Ey Rəbbimiz! Bunlar bizim haqq yoldan azdırdığımız kimsələrdir. Özümüz haqq yoldan azdığımız kimi onları da azdırdıq. Onlardan uzaqlaşıb Sənə yönəldik. Onlar bizə ibadət etmirdilər (öz nəfsinin arzularına uyurdular). (Qəsas surəsi, 63)📋
- (Onlara:) “Çağırın şəriklərinizi!” - deyiləcək. Onlar da dərhal onları çağıracaq, ancaq onlar cavab verməyəcəklər və əzabı görəcəklər. Kaş onlar (dünyada) doğru yola yönələydilər. (Qəsas surəsi, 64)📋
- O gün Allah onlara nida edərək: “Elçilərə nə cavab verdiniz?” - deyəcək. (Qəsas surəsi, 65)📋