Quran üzərində düşünmək MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
"Quran üzərində düşünmək" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Onlar Quranı düşünməzlərmi? Əgər o, Allahdan qeyrisi tərəfindən gəlmiş olsaydı, həqiqətən, onda çoxlu ziddiyyətlər tapardılar. (Nisa surəsi, 82)📋
- Həqiqətən, Biz Quranı ibrət almaları üçün asanlaşdırdıq. Bəs ibrət alan varmı? (Qəmər surəsi, 17)📋
- Onlar ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlayar, göylərin və yerin yaradılması haqqında düşünərlər (və belə deyərlər:) “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan. Sən pak və müqəddəssən! Bizi cəhənnəm əzabından qoru! (Ali İmran surəsi, 191)📋