Quranla öyüd vermək MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
"Quranla öyüd vermək" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Rəbbinin hüzuruna toplanacaqlarından qorxanları onunla (Quranla) xəbərdar et! Onların Allahdan başqa nə bir himayədarı, nə də bir şəfaətçisi vardır. Bəlkə, onlar (pis əməllərdən) çəkinələr. (Ənam surəsi, 51)📋
- (Bu, insanları) xəbərdar etmək və möminlərə öyüd-nəsihət vermək üçün sənə nazil edilən Kitabdır. Elə isə ondan ötrü (Quranı yalan sayarlar deyə) qəlbində bir sıxıntı olmasın! (Əraf surəsi, 2)📋
- Sən yalnız Qurana tabe olan və görmədiyi halda Rəhman olan Allahdan qorxan kimsəni xəbərdar edə bilərsən. Buna görə də onu bağışlanma və gözəl bir mükafatla müjdələ! (Yasin surəsi, 11)📋