Yaşadan və öldürən Allahdır MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
"Yaşadan və öldürən Allahdır" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Öldürən də, dirildən də Odur. (Nəcm surəsi, 44)📋
- Şübhəsiz ki, həyat verən də, öldürən də Bizik. (Hər şeyin) varisi də Bizik! (Hicr surəsi, 23)📋
- Heç şübhəsiz, sizin məni dəvət etdikləriniz nə dünyada, nə də axirətdə çağırışa cavab verə bilər. Həqiqətən, dönüşümüz Allahadır. Həddi aşanlar isə cəhənnəm əhlidirlər. (Mömin surəsi, 43)📋
- Həqiqətən, göylərin və yerin hakimiyyəti Allaha məxsusdur. O dirildər və öldürər. Allahdan başqa sizin nə bir dostunuz, nə də bir yardımçınız vardır. (Tövbə surəsi, 116)📋
- Ondan başqa heç bir ilah yoxdur! Dirildən də, öldürən də Odur. O, həm sizin, həm də əcdadınızın Rəbbidir. (Duxan surəsi, 8)📋
- Sizin aranızda ölümü də Biz müəyyənləşdirdik. Heç kim Bizə mane ola bilməz - (Vaqiə surəsi, 60)📋