Zəkatı gərəyi kimi verirlər MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
"Zəkatı gərəyi kimi verirlər" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- O kəslər ki, zəkatı verərlər, (Muminun surəsi, 4)📋
- Bizə bu dünyada da, axirətdə də yaxşılıq yaz (nəsib et)! Biz Sənə döndük!” Allah buyurdu: “Dilədiyim kimsəni əzabıma düçar edərəm. Mərhəmətim isə hər şeyi əhatə etmişdir. Mərhəmətimi müttəqi olan, zəkatı verən və ayələrimizə iman edən kimsələrə yazacağam (nəsib edəcəyəm)”. (Əraf surəsi, 156)📋
- Namazı qılın, zəkatı verin! Özünüz üçün öncədən hazırlayıb göndərdiyiniz hər bir yaxşı əməli (yaxşı əməlin mükafatını) Allah yanında tapacaqsınız. Həqiqətən, Allah etdiklərinizi görəndir. (Bəqərə surəsi, 110)📋