Ondan başqa ilah yoxdur MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
"Ondan başqa ilah yoxdur" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Allah şahidlik etdi ki, Özündən başqa heç bir ilah yoxdur. Mələklər və elm sahibləri də ədalətlə (buna şahidlik etdilər). O qüdrətli və hikmət sahibindən başqa heç bir ilah yoxdur.
(Ali İmran surəsi, 18)📋
- Allah buyurmuşdur: “İki ilah qəbul etməyin! O Allah, tək bir ilahdır. Elə isə, yalnız Məndən qorxun!”
(Nəhl surəsi, 51)📋
- De: “O Allah təkdir!
(İxlas surəsi, 1)📋
- O, Özündan başqa heç bir ilah olmayan Allahdır. Dünyada da, axirətdə də həmd Ona məxsusdur. Hökm Onundur. Siz Ona qaytarılacaqsınız.
(Qəsas surəsi, 70)📋
- Sizin ilahınız tək olan Allahdır. Ondan başqa heç bir ilah yoxdur. O, Rəhmandır, Rəhimdir!
(Bəqərə surəsi, 163)📋