Həmd ediləndir MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
"Həmd ediləndir" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Həmd göylərdə və yerdə nə varsa, hamısının sahibi olan Allaha məxsusdur. Axirətdə də həmd Ona məxsusdur. O hikmət sahibidir, hər şeydən xəbərdardır.
(Səba surəsi, 1)📋
- Həmd göyləri və yeri yaradan, zülmətləri və nuru xəlq edən Allaha məxsusdur! (Bu qədər dəlillərdən) sonra inkar edənlər, (yenə də bütləri) Rəbbinə tay tuturlar.
(Ənam surəsi, 1)📋
- Mələklərin də Rəbbini həmd ilə təsbeh edərək ərşi əhatə etdiklərini görəcəksən. Onların arasında ədalətlə hökm olunacaq və: “Aləmlərin Rəbbi olan Allaha həmd olsun!” – deyiləcəkdir.
(Zumər surəsi, 75)📋