Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Şübhə yoxdur ki, Allah zərrə qədər də zülm etməz. Əgər (insanın) yaxşı bir əməli olarsa, Allah onu (o əməlin mükafatını) ikiqat artırar və Öz dərgahından (ona) böyük bir mükafat verər.
(Nisa surəsi, 40)
Sizdə olan (dünya malı) tükənər, Allah dərgahında olan isə əbədidir. Şübhəsiz, səbir edənləri etdikləri əməllərin ən gözəli ilə mükafatlandıracağıq.
(Nəhl surəsi, 96)
Kişi və ya qadınlardan mömin olaraq kim yaxşı işlər görərsə, ona mütləq gözəl bir həyat yaşadacağıq və əlbəttə, onları etdikləri əməllərin ən gözəli ilə mükafatlandıracağıq.
(Nəhl surəsi, 97)
Bu, Allahın onları etdikləri əməllərin ən gözəli ilə mükafatlandırması və Öz lütfündən onlara daha çox verməsi üçündür. Allah dilədiyinə saysız-hesabsız ruzi verər.
(Nur surəsi, 38)
Kim Allaha gözəl bir borc vərərsə, O bunu (əməllərinin mükafatını) onun üçün qat-qat artırar. Bir də onun üçün çox qiymətli bir mükafat vardır.
(Hədid surəsi, 11)
Yaxşı işlər görənlər üçün ən gözəl mükafat (cənnət) və daha da artığı (Allahı görmək) vardır. Onların üzünü nə bir toz, nə də bir zillət bürüyər. Onlar cənnət əhlidirlər və orada əbədi qalacaqlar.
(Yunis surəsi, 26)
Allah iman edib yaxşı işlər görən bəndələrini belə müjdələyir. De: “Mən sizdən bunun müqabilində sevgidən başqa heç bir mükafat istəmirəm”. Kim bir nemət qazanarsa, Biz onun yaxşılığını artırırıq. Həqiqətən, Allah bağışlayandır, şükür edənlərə qarşılığını verəndir.
(Şura surəsi, 23)