Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
İnkar edənlərə gəldikdə, onların əməlləri çöldəki ilğıma bənzəyər ki, susamış kimsə onu su zənn edər. Nəhayət, onun yanına çatdığı zaman orada heç nə tapmaz. O, öz (əməlinin) yanında Allahı görər. Allah da onun cəzasını verər. Allah tezliklə haqq-hesab çəkəndir.
(Nur surəsi, 39)
Onlar görmədilərmi ki, Biz yer üzünə gəlib onu kənarlarından əskildirik? Allah (istədiyi kimi) hökm edər. Heç kim Onun hökmünü dəf edə bilməz. O, sürətli haqq-hesab çəkəndir.
(Rad surəsi, 41)
Sonra (insanlar) həqiqi sahibləri olan Allahın hüzuruna qaytarılacaqlar. Bilin ki, hökm Onundur və O, ən sürətli haqq-hesaba çəkəndir.
(Ənam surəsi, 62)
Allah dərgahında (haqq olan) din, şübhəsiz ki, İslamdır. Kitab verilənlər, özlərinə elm gəldikdən sonra aralarındakı paxıllıq səbəbilə ayrılığa düşdülər. Kim Allahın ayələrini inkar edərsə, (bilsin ki,) şübhəsiz, Allahın hesaba çəkməsi sürətlidir.
(Ali İmran surəsi, 19)