""
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Şübhəsiz ki, Allah iman edənləri də, münafiqləri də bilir.
(Ənkəbut surəsi, 11)📋
- De: “Hər kəs öz təbiətinə uyğun iş görər. Rəbbiniz kimin ən doğru yolda olduğunu yaxşı biləndir”.
(İsra surəsi, 84)📋
- Onların bildikləri yalnız bu qədərdir. Şübhəsiz ki, sənin Rəbbin yolundan azanı da, doğru yolda olanı da yaxşı tanıyır.
(Nəcm surəsi, 30)📋