Müfəssəl açıqlanmışdır MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
"Müfəssəl açıqlanmışdır" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Əlif, Lam, Ra! (Bu Quran) hikmət sahibi və hər şeydən xəbərdar olan Allah tərəfindən ayələri möhkəmləndirilmiş, sonra da izah edilmiş bir kitabdır.
(Hud surəsi, 1)📋
- Günahkarların yolu açıq-aydın ortaya çıxsın deyə, ayələri bu şəkildə açıqlayırıq.
(Ənam surəsi, 55)📋
- Gecə vaxtı quruda və dənizdə düz yolu gedə biləsiniz deyə, sizin üçün ulduzları yaradan da Odur. Bilən bir qövm üçün ayələri ətraflı şəkildə açıqladıq.
(Ənam surəsi, 97)📋
- De: “O (Allah), üstünüzdən (göydən) və ya ayaqlarınızın altından (yerdən) sizə əzab göndərməyə, yaxud sizin aranızı qarışdırıb bir-birinizə zərər verdirməyə qadirdir”. Bax, başa düşsünlər deyə, ayələri onlara necə açıqlayırıq!
(Ənam surəsi, 65)📋
- Bu (din), Rəbbinin doğru yoludur. Biz düşünüb öyüd-nəsihət alan bir qövm üçün ayələrimizi təfsilatlı şəkildə izah etdik.
(Ənam surəsi, 126)📋