Şeytanın təsirinə düşməzlər MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
"Şeytanın təsirinə düşməzlər" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Quran oxuduğun zaman qovulmuş şeytandan Allaha sığın!
(Nəhl surəsi, 98)📋
- Əlbəttə, iman edib Rəbbinə təvəkkül edənlərin üzərində onun (şeytanın) heç bir hökmranlığı yoxdur.
(Nəhl surəsi, 99)📋
- Əgər şeytanın bir vəsvəsəsi səni dümsükləyərsə, dərhal Allaha sığın! Şübhəsiz ki, O, hər şeyi eşidəndir, biləndir.
(Əraf surəsi, 200)📋
- Təqva sahiblərinə şeytandan bir vəsvəsə toxunduğu zaman (Allahın mükafatını və əzabını) xatırlayar və bu zaman (haqqı) görərlər.
(Əraf surəsi, 201)📋
- (İblis) dedi: “Ey Rəbbim! Sən Məni azdırdığına görə mən də mütləq onlara yer üzündə (pis əməlləri) gözəl göstərəcək və onların hamısını azdıracağam.
(Hicr surəsi, 39)📋
- Ancaq Sənin ixlaslı bəndələrin bundan istisnadır”.
(Hicr surəsi, 40)📋
- Allah dedi: “Mənə gətirən doğru yol budur!
(Hicr surəsi, 41)📋
- Sənə tabe olan azğın kimsələr istisna olmaqla, bəndələrim üzərində sənin heç bir hakimiyyətin yoxdur!”
(Hicr surəsi, 42)📋