Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Ruhdan düşməyin və kədərlənməyin! Əgər inanırsınızsa, üstün olan sizsiniz!
(Ali İmran surəsi, 139)
(Düşmən) qövmlə (mübarizə aparmaq) istəyiniz barəsində zəiflik göstərməyin! Əgər siz acı çəkirsinizsə, bilin ki, onlar da sizin kimi acı çəkirlər. Üstəlik siz onların ümid etmədikləri şeyləri Allahdan ümid edirsiniz. Allah hər şeyi biləndir, hikmət sahibidir.
(Nisa surəsi, 104)
Neçə-neçə elçi vardır ki, onunla bərabər çoxlu sayda dindar vuruşmuşdur. Onlar Allah yolunda başlarına gələn müsibətlərə görə ruhdan düşmədilər, acizlik göstərmədilər və (inkar edənlərə) boyun əymədilər. Allah səbir edənləri sevər.
(Ali İmran surəsi, 146)
Ona görə də səbirli ol! Həqiqətən, Allahın vədi haqdır. Yəqinliklə iman etməyənlər səni biganəliyə sövq etməsinlər!
(Rum surəsi, 60)