MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
"" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Onlar səbir etdiklərinə görə cənnətdə yüksək bir məqam ilə mükafatlandırılacaq və orada hörmət və salamla qarşılanacaqlar.
(Furqan surəsi, 75)📋
- Onlar Rəbbinə təvəkkül edən səbirli kəslərdir.
(Nəhl surəsi, 42)📋
- Ey iman edənlər! Səbir edin, (düşmənə qarşı) möhkəm olun, sərhəd boyu növbə ilə keşik çəkin və Allahdan qorxun ki, bəlkə nicat tapasınız!
(Ali İmran surəsi, 200)📋
- (Ey elçi!) Səbirli ol! Şübhəsiz ki, Allah gözəl əməl sahiblərinin mükafatını zay etməz.
(Hud surəsi, 115)📋
- Ona görə də səbirli ol! Həqiqətən, Allahın vədi haqdır. Yəqinliklə iman etməyənlər səni biganəliyə sövq etməsinlər!
(Rum surəsi, 60)📋
- Rəbbinin yolunda səbirli ol!
(Müddəssir surəsi, 7)📋
- Şübhəsiz, Biz sizi bir az qorxu, bir az aclıq, bir az mal-dövlət, can və məhsuldan əskiltməklə sınayarıq. Səbir edənlərə müjdə ver!
(Bəqərə surəsi, 155)📋
- Onlar Calut və əsgərləri ilə qarşılaşdıqları zaman: “Ey Rəbbimiz, bizim üzərimizə səbir yağdır, ayaqlarımıza qüvvət ver və inkar edən qövmə qarşı bizə yardım et!” - dedilər.
(Bəqərə surəsi, 250)📋
- Sizdə olan (dünya malı) tükənər, Allah dərgahında olan isə əbədidir. Şübhəsiz, səbir edənləri etdikləri əməllərin ən gözəli ilə mükafatlandıracağıq.
(Nəhl surəsi, 96)📋