Möminlərin arxasınca onları məsxərəyə qoyarlar MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
"Möminlərin arxasınca onları məsxərəyə qoyarlar" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- O, ayələrimizdən bir şey öyrəndiyi zaman onları ələ salır. Məhz belələri üçün alçaldıcı bir əzab vardır.
(Casiyə surəsi, 9)📋
- Əgər onlardan (nə üçün istehza etdiklərini) soruşsan: “Sadəcə olaraq başımız söhbətə qarışıb zarafatlaşırdıq”, - deyərlər. De ki: “Allaha, Onun ayələrinə və elçisinəmi istehza edirsiniz?
(Tövbə surəsi, 65)📋
- Onlar möminlərlə qarşılaşdıqları zaman: “Biz də iman etmişik”, - deyərlər. Şeytanları (dostları) ilə yalnız qalanda isə: “Biz sizinləyik, onlara istehza edirik”, - deyərlər.
(Bəqərə surəsi, 14)📋
- Könüllü surətdə sədəqə verən möminləri ayıblayan və çətinliklə əldə etdiklərini sədəqə verənləri məsxərəyə qoyanlara gəldikdə, Allah da onları məsxərəyə qoymuşdur. Onlar üçün acı bir əzab vardır.
(Tövbə surəsi, 79)📋
- Namaza çağırdığınız zaman onlar onu lağa qoyar və ona oyun-əyləncə kimi baxarlar. Bu ona görədir ki, onlar düşünüb-daşınmayan bir qövmdür.
(Maidə surəsi, 58)📋