Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Bir surə nazil edildiyi zaman onlar bir-birinə baxıb: “Sizi görən varmı?” – deyər, sonra da aradan çıxarlar. Onlar (haqqı) anlamayan bir qövm olduqları üçün Allah onların qəlbini (haqdan) döndərmişdir.
(Tövbə surəsi, 127)
Namaza çağırdığınız zaman onlar onu lağa qoyar və ona oyun-əyləncə kimi baxarlar. Bu ona görədir ki, onlar düşünüb-daşınmayan bir qövmdür.
(Maidə surəsi, 58)
Onlara: “İnsanlar iman etdiyi kimi siz də iman edin!” - deyildiyi zaman: “Biz də səfehlər kimi iman edək?” - dedilər. Bilin ki, səfehlər onların özləridir. Lakin bunu bilmirlər.
(Bəqərə surəsi, 13)
Onlardan elələri var ki, sənə qulaq asırlar. Ancaq karlara – üstəlik təfəkkür etmirlərsə – sənmi eşitdirəcəksən?!
(Yunis surəsi, 42)