İman etmədikləri halda mömin olduqları təəssüratını yaratmaq istəyərlər MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
"İman etmədikləri halda mömin olduqları təəssüratını yaratmaq istəyərlər" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- İnsanlardan elələri də var ki, inanmadıqları halda: “Allaha və axirət gününə inandıq”, - deyirlər.
(Bəqərə surəsi, 8)📋
- Münafiqlər sənin yanına gəldikləri zaman: “Biz şahidlik edirik ki, həqiqətən, sən Allahın elçisisən!” - dedilər. Allah da bilir ki, sən Onun elçisisən. Allah münafiqlərin yalançı olduqlarına şahidlik edir.
(Münafiqun surəsi, 1)📋
- Onlar möminlərlə qarşılaşdıqları zaman: “Biz də iman etmişik”, - deyərlər. Şeytanları (dostları) ilə yalnız qalanda isə: “Biz sizinləyik, onlara istehza edirik”, - deyərlər.
(Bəqərə surəsi, 14)📋