Təcavüzkar və mərhəmətsizdirlər MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
"Təcavüzkar və mərhəmətsizdirlər" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Firon öz torpağında (Misirdə) azğınlıq edərək oranın əhalisini zümrələrə ayırmışdı. O, onlardan bir qövmün (İsrail oğullarının) oğlan uşaqlarını boğazlayıb qadınlarını sağ buraxaraq onları alçaldırdı. Həqiqətən, o, fitnə-fəsad törədənlərdən idi.
(Qəsas surəsi, 4)📋
- Fironun qövmünün əyanları isə belə dedilər: “Səni və sənin ilahlarını atıb yer üzündə fitnə-fəsad törətsinlər deyə Musanı və qövmünü buraxacaqsanmı?” O dedi: “Onların oğlanlarını öldürəcək, qadınlarını isə sağ buraxacağıq. Bizim onlara hökmranlıq etməyə gücümüz çatar”.
(Əraf surəsi, 127)📋
- Beləcə, onların ortaqları (olan şeytanlar) müşriklərin bir çoxuna övladlarını öldürməyi gözəl göstərdi ki, həm onları məhv etsinlər, həm də dinlərini qarışdırıb pozsunlar. Əgər Allah diləsəydi, bunu etməzdilər. Onları uydurduqları şeylərlə baş-başa burax!
(Ənam surəsi, 137)📋
- Onu yalnız həddini aşan günahkarlar yalanlayarlar.
(Mutaffifin surəsi, 12)📋