Allahdan qorxmazlar MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
"Allahdan qorxmazlar" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- De: “Sizə göydən və yerdən ruzi verən kimdir? Qulaqların və gözlərin sahibi kimdir? Ölüdən dirini, diridən də ölünü çıxardan kimdir? Hər cür işi nizamlayan kimdir?” Onlar: “Allah!” - deyə cavab verəcəklər. O zaman de ki: “Elə isə Allahdan çəkinmirsinizmi?!
(Yunis surəsi, 31)📋
- Rəbbindən onlara gələn hər yeni xəbərdarlığa ancaq istehza ilə qulaq asarlar.
(Ənbiya surəsi, 2)📋