Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Yoxsa onlar: “O şairdir. Biz onun zəmanənin fəlakətlərinə düçar olmasını (ölməsini) gözləyirik”, - deyirlər?!
(Tur surəsi, 30)
De ki: “Gözləyin! Mən də sizinlə birlikdə gözləyirəm”.
(Tur surəsi, 31)
Yoxsa ağıllarımı bunu onlara əmr edir, yaxud onlar azğın bir qövmdür?!
(Tur surəsi, 32)
Cəhənnəm az qala qəzəbindən çatlasın. Hər dəfə ora bir dəstə atıldıqda onun gözətçiləri: “Sizə xəbərdar edən bir elçi gəlməmişdimi?” - deyə onlardan soruşacaqlar.
(Mülk surəsi, 8)
Onlar belə deyəcəklər: “Bəli! Bizə xəbərdar edən bir elçi gəlmişdi. Ancaq biz onu yalanladıq və: “Allah heç bir şey nazil etməmişdir. Siz böyük bir azğınlıq içindəsiniz!” - demişdik”.
(Mülk surəsi, 9)
Onlar: “Əgər (elçiləri) dinləsəydik, yaxud ağlımızı işlətsəydik, alovlu od əhli arasında olmazdıq!” - deyəcəklər.
(Mülk surəsi, 10)
Beləcə, onlar öz günahlarını etiraf edəcəklər. Cəhənnəm əhli (Allahın mərhəmətindən) uzaq olsun!
(Mülk surəsi, 11)
Allahın izni olmadan heç kim iman edə bilməz. O, təfəkkür etməyənləri əzaba düçar edər.
(Yunis surəsi, 100)
Onlardan elələri var ki, sənə qulaq asırlar. Ancaq karlara – üstəlik təfəkkür etmirlərsə – sənmi eşitdirəcəksən?!
(Yunis surəsi, 42)
Onlardan elələri də var ki, sənə baxırlar. Ancaq korları – üstəlik (həqiqəti) görmürlərsə – sənmi doğru yola yönəldəcəksən?!
(Yunis surəsi, 43)
Bir surə nazil edildiyi zaman onlar bir-birinə baxıb: “Sizi görən varmı?” – deyər, sonra da aradan çıxarlar. Onlar (haqqı) anlamayan bir qövm olduqları üçün Allah onların qəlbini (haqdan) döndərmişdir.
(Tövbə surəsi, 127)
And olsun ki, cinlərdən və insanlardan bir çoxunu cəhənnəm üçün yaratdıq. Onların (haqqı) qavramayan qəlbi, (haqqı) görməyən gözləri, (haqqı) eşitməyən qulaqları var. Onlar heyvanlar kimidirlər, hətta daha çox zəlalətdədirlər. Əsil qafillər onlardır.
(Əraf surəsi, 179)
Namaza çağırdığınız zaman onlar onu lağa qoyar və ona oyun-əyləncə kimi baxarlar. Bu ona görədir ki, onlar düşünüb-daşınmayan bir qövmdür.
(Maidə surəsi, 58)
Şübhəsiz, Allah nəzdində canlıların ən pisi, (haqqı) düşünməyən karlar və lallardır.
(Ənfal surəsi, 22)